"Sumqayıt" Topaz Premyer Liqasında 70-ci səfər məğlubiyyətini alıb. Bu, XVII turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib. FutbolPlanet.Az xəbər verir ki, “ASK Arena”dakı görüşdə 1:2 hesabı ilə uduzan sumqayıtlılar rəqib meydanında keçirdiyi 122-ci matçda “70”ə çatıb. “Gənclik şəhəri” təmsilçisi səfərdə 19 qələbə qazanıb, 33 heç-heçə edib. Bu oyunlarda qonaqlar 108 qol vurub və 208-ni buraxıb.

Qeyd edək ki, “Sumqayıt” rəqib meydanında ən çox uduzan komandalar siyahısında 13-cü olan “Şəfa”ya çatıb. Hər iki komanda 70 dəfə uduzub. Antirekord isə “Turan”a məxsusdur. Artıq fəaliyyətini dayandıran Tovuz klubu rəqib meydanlarında 139 dəfə uduzub.