Mustafa Kapı Superliqanın 17-ci turunda dünən "Sivasspor"la matçda meydana çıxaraq, rekorda imza atıb. FutbolPlanet.Az xəbər verir ki, 16 yaşlı oyunçu görüşün əsas vaxtına artırılmış 5-ci dəqiqədə meydana daxil olaraq, "Qalatasaray" tarixinin Superliqada oyuna çıxan ən gənc futbolçusu adına yiyələnib. Bundan əvvəlki rekord hazırda "Başakşehir"də oynayan Emre Belözoğluna məxsus idi (18 yaş).