"Keşlə" daha bir oyunçu ilə yollarını ayırıb. FutbolPlanet.Az xəbər verir ki, söhbət Elnur Cəfərovdan gedir. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni ləğv ediblər. Qəsəbə təmsilçisi bunadək Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami və Georgios Georgiadislə yolları ayırıb.