"Arsenal"da çıxış edən Aaron Remzi karyerasını İtaliyada davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, uelsli yarımmüdafiəçi növbəti mövsümdən "Yuventus"da top qovacaq.27 yaşlı oyunçu Turin klubunda illik 10 milyon avro qazanacaq. Sözügedən futbolçu "Yuve"yə azad agent kimi keçəcək.