Mövsümün əvvəlində 38 milyon avro qarşılığında "Roma"dan "İnter"ə keçən Raca Naynqolan Milan klubunun əsas komandasından uzaqlaşdırılıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə "İnter"in rəsmi saytı məlumat yayıb. Belçikalı yarımmüdafiəçi intizamsızlığına görə əvəzedici heyətə göndərilib.