"Barselona" Luis Suaresə əvəzləyici tapıb. FutbolPlanet.Az xəbər verir ki, ispan nəhəngi təcrübəli hücumçunun gedişindən sonra onun boşluğunu "Selta"da oynayan Maksi Qomeslə doldurmaq istəyir. Klub rəhbərliyi oyun tərzi Suaresə bənzəyən 22 yaşlı futbolçuya uzunmüddətli müqavilə təklif edəcək.