Azərbaycan kubokunda 2018-19 mövsümünün final matçının keçiriləcəyi məkan bəlli olub. FutbolPlanet.Az xəbər verir ki, həlledici görüş ötən mövsüm olduğu kimi, bu dəfə də Qəbələdə keçiriləcək. Bununla bağlı rəsmi qərar yaxın günlərdə veriləcək. Finalın Gəncə şəhər stadionunda və Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi ehtimalı da var idi. Ancaq Gəncə stadionunun işıqlandırılmasında problem olduğundan, alınmayıb.