"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda "Sportinq"lə oyun üçün Bakı Metropoliteninə müraciət edib. FutbolPlanet.Az xəbər verir ki, 21:55-də başlanacaq oyunun gec başa çatacağını nəzərə alan Ağdam təmsilçisi azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat daha gec - saat 01:00-da bağlanmasını xahiş edib. Bakı Metropoliteni isə "Qarabağ" klubunun müraciətini müsbət cavablandırıb. Bu barədə "Report"a Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, "Koroğlu" stansiyasının girişi görüşdən sonra zərurət olduğu qədər açıq olacaq.