"Real"ın kapitanı Serxio Ramos "Football Leaks"in çıxardığı dopinq iddialarına münasibət bildirib. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli müdafiəçi xəbəri yalanlayıb: "Bu, çox qarışıq vəziyyətdir. Vəkillərimlə görüşüb, bu xəbəri ortaya çıxaranları məhkəməyə verəcəyik. Karyeramda 250-dən çox dopinq testindən keçmişəm. Ancaq heç vaxt qanımda dopinq tapılmayıb! Heç vaxt!!"