Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxşıları adına namizədləri açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, ilin ən yaxşı klubu adına namizədlər "Real", "Atletiko" və "Liverpul", ilin ən yaxşı baş məşqçisi adına namizədlər isə Didye Deşam (Fransa), Dieqo Simeone ("Atletiko"), Yurgen Klopp ("Liverpul"), Massimiliano Alleqri ("Yuventus") və Zinəddin Zidandır ("Real"ın keçmiş baş məşqçisi).

İlin ən yaxşı futbolçusu adına namizədlərə gəlincə, bunlar Kristiano Ronaldo (Portuqaliya, "Real"/"Yuventus"), Antuan Qrizmann (Fransa, "Atletiko") və Klilian Mbappedir (Fransa, PSJ).

Mükafatlandırma mərasimi yanvarın 3-də olacaq.