2012-ci ildən "Çelsi"də forma geyinən Eden Hazard gələcək karyerasından danışıb. FutbolPlanet.Az xəbər verir ki, belçikalı yarımmüdafiəçi qışda London klubdan ayrılmayacağını deyib: "Hazırda "Çelsi"yə köklənmişəm. Mövsümün sonunda müqaviləmin 1 ili qalacaq. Qış fasiləsində buradan ayrılmayacağam. Bunu azarkeşlərə və kluba edə bilmərəm. Bundan əlavə, karyeramın növbəti illərini də "Çelsi"də keçirə bilmərəm".