Çempionlar Liqasının qrup mərhələsində bu gün "Yanq Boyz"un qonağı olacaq "Mançester Yunayted"də bir itki var. FutbolPlanet.Az xəbər verir ki, ingilis klubunun əsas heyət üzvü Viktor Lindelöf zədə ucbatından bu günkü oyuna kənardan baxacaq. İsveçdən olan 24 yaşlı müdafiəçi "Kristal Palas"la çempionat matçında əzələsini dartıb.