"Qarabağ" Avroliqanın V turunda "Sportinq"i qəbul edəcək. FutbolPlanet.Az xəbər verir ki, "Qarabağ" rəsmi Facebook səhifəsindən azarkeşləri yaxından maraqlandıracaq açıqlama edib. Açıqlamada "Sportinq"lə oyunun gec başa çatacağını nəzərə alan klub metronun gecə saat 1-dək işləməsi üçün Bakı Metropoliteninə müraciət edəcəyini bildirib. Klub gələcək qərar haqda azarkeşləri məlumatlandıracağını da qeyd edib.

Sözügedən qarşılaşma noyabrın 29-u, saat 21:55-də başlayacaq.