"Milan" qış fasiləsində heyətini gücləndirməyi planlaşdırır. FutbolPlanet.Az xəbər verir ki, italyan klubu "Çelsi"nin 3 üzvü ilə yaxından maraqlanır. Bunlar müdafiəçilər Qari Kehill, Andreas Kristensen və yarımmüdafiəçi Sesk Fabreqasdır. Artıq tərəflər arasında danışıqlar başlayıb. Əgər London klubu razılıq versə, sözügedən futbolçular mövsümün ikinci yarısından A Seriyasında oynayacaqlar.