Maliyyə problemləri ucbatından fəaliyyətini dayandıran "Qarabağ Moskva" özünə yeni sponsor tapıb. Belə ki, "Unicorn Challenge" şirkəti təmsilçimizə maliyyə dəstəyi verəcək. Komandanın rəhbəri və məşqçisi Elnur Vəliyev bu barədə saytımıza açıqlama verib: "Keçən ay bir dostum mənə zəng edib dedi ki, bir şirkət sponsorluqla bağlı səninlə görüşmək istəyir. Həmin şəxs "Unicorn Challenge" şirkətinin təsisçilərindən olan həmyerlimiz İlqar Səmədov idi. O, məndən klubun fəaliyyətini davam etdirməsi üçün nələrin lazım olduğunu soruşdu. Mən də hər şeyi geniş şəkildə ona izah etdim. Hazırda fəaliyyətimiz qaldığımız yerdən davam edir. Həm öz, həm də komanda adından İlqar bəyə təşəkkür edirəm".