Qış fasiləsindən sonra "Keşlə"nin ev oyunlarını keçirdiyi "ASK Arena"da ot örtüyü dəyişdiriləcək. FutbolPlanet.Az xəbər verir ki, zədə mənbəyi olan meydançaya yeni örtük vurulacaq. Stadiona təbii örtüyün vurulub-vurulmayacağı bilinmir. Lakin AFFA qışda ot örtüyünü yeniləməyə qərar verib.

Cari mövsüm "Zirə" və "Sumqayıt"ın ev oyunlarını keçirdiyi stadionlarda təbii ot örtükləri süniləri əvəzləyib.