UEFA Millətlər Liqasının 5-ci turunda keçirilən Xorvatiya - İspaniya oyunu (3:2) Serxio Ramos üçün əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli müdafiəçi sözügedən matçda fərqlənməklə, karyerasının 100-cü qolunu vurub. 32 yaşlı futbolçu 78-ci dəqiqədə penaltidən fərqlənib.