2016/17-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində klublarımıza maliyyə yardımı olunub. FutbolPlanet.Az xəbər verir ki, UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klublara ödənilib.

"Zirə" - 507 579.57 avro

"Keşlə" - 507 579.57 avro

"Sumqayıt" - 507 579.57 avro

"Səbail" - 507 579.57 avro

"Neftçi" - 507 579.57 avro

"Kəpəz" - 507 579.57 avro

"Qəbələ" - 507 579.57 avro

UEFA maliyyə vəsaitini bu mövsüm ölkə çempionatında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına köçürür.