PSJ Çempionlar Liqasından qovula bilər. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb fransız klubunun Maliyyə Feyr Pley qaydalarını pozmasıdır. Paytaxt təmsilçisi transfer bazarında infilyasiya yaratmaqda günahlandırılır. Qitə futbol qurumu PSJ-nin şübhəli sponsorluq razılaşmalarını, eyni zamanda Klyan Mbappe və Neymarın transfer müqavilələrinin detallarını araşdırır.