Belçika millisinin aparıcı üzvü Romelu Lukaku UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda bu gecə İslandiya ilə oyunu buraxacaq. FutbolPlanet.Az xəbər verir ki, 25 yaşlı hücumçu zədəsi ucbatından yığmaya kömək edə bilməyəcək. Onun noyabrın 18-i, İsveçrəyə qarşı oynayıb-oynamayacağı da sual altındadır.