Dieqo Simeone bundan sonra bir neçə il də "Atletiko"ya rəhbərlik edəcək. FutbolPlanet.Az xəbər verir ki, tezliklə tərəflər arasında müqavilə uzadılacaq. Yeni sazişlə təcrübəli mütəxəssisin məvacibi də artırılacaq. Mövcud sözləşməsi 2020-ci ilədək qüvvədə olan argentinalı çalışdırıcı ilə neçə illik müqavilə bağlanacağı hələ açıqlanmır.