"Los-Anceles Qalaksi"nin təcrübəli oyunçusu Zlatan İbrahimoviç qışda İtaliyaya üz tutacaq. FutbolPlanet.Az xəbər verir ki, isveçli hücumçu "Milan"a keçəcək. İddiaya görə, 37 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanacaq. Onun maaşının 4 milyon avro olacağı da qeyd olunur.

"Los-Anceles Qalaksi"də keçirdiyi 34 matçda 23 qol vuran İbrahimoviç 7 məhsuldar ötürmə ilə yadda qalıb.