Azərbaycan kubokunda cari mövsümün iştirakçı komandaları müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, yarışda Topaz Premyer Liqasının 8 komandası ilə yanaşı, I diviziondan "Kəpəz", "Qaradağ Lökbatan", "Şüvəlan" və "Ağsu" da iştirak edəcək. Püşkatma mərasimi noyabrın 14-də AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 13:00-da başlanacaq.