"Barselona"da çıxış edən Arturo Vidal 800 min avro məbləğində cərimələnib. FutbolPlanet.Az xəbər verir ki, ötən mövsüm "Bavariya"da oynayarkən gecə klublarının birində dava salan və bir nəfərin başına butulka ilə vuran çilili yarımmüdafiəçi etdiyi hərəkət ucbatından 800 min avro cərimələnib. O, cəriməni 80 gün ərzində ödəməlidir.