"Mançester Yunayted"də top qovan Pol Poqba "Barselona"nın maraq dairəsindədir. FutbolPlanet.Az xəbər verir ki, Kataloniya klubunun ulduzu Lionel Messi və Jerar Pike, eyni zamanda fransız oyunçunun millidəki komanda yoldaşları Usman Dembele və Samuel Umtiti, həmçinin, baş məşqçi Ernesto Valverde 25 yaşlı yarımmüdafiəçini komandada görmək istəyir. Lakin ispan nəhənginin seleksiya bölməsinin nümayəndələri Poqbanın transferinə tərəddüd edirlər. Onların fikrincə, gənc futbolçu klubun oyun üslubuna uyğun deyil. İddialara görə, "MY" Poqba üçün Barsa"dan 101 milyon avro tələb edib.