Millimizin baş məşqçisi Qurban Qurbanov yığmanın üzvlərinə mətbuata açıqlama verməyi qadağan edib. FutbolPlanet.Az xəbər verir ki, qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib. Qadağa yalnız milliyə aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə danışa bilərlər.