UEFA "Rubin"i cəzalandırıb. FutbolPlanet.Az xəbər verir ki, qitə futbol qurumu rus klubunu 1 il müddətinə avrokuboklardan uzaqlaşdırıb. Buna səbəb Kazan təmsilçisinin maliyyə feyr-pleyi qaydalarını pozmasıdır. Komanda növbəti 2 mövsümdə avrokuboklara vəsiqə qazansa, cəza qüvvəyə minəcək.

"Rubin"in Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququ var.