"Milan" heyətinə yeni oyunçu qatıb. FutbolPlanet.Az xəbər verir ki, italyan klubu "Flamenqo"da forma geyinən Lukas Paketanı rənglərinə bağlayıb. A Seriyası təmsilçisi Braziliya klubunun 21 yaşlı futbolçusu üçün 35 milyon avro ödəyib. O, yeni komandasına 2019-cu ilin yanvar ayından etibarən qoşulacaq.