Yay transfer dönəmində "Barselona"ya keçən Malkom klubdan ayrıla bilər. FutbolPlanet.Az xəbər verir ki, Kataloniya təmsilçisində oynamaq şansı qazanmayan braziliyalı oyunçunun "İnter"ə keçəcəyi gündəmdədir. Milan klubu istəyini reallaşdırmaq üçün qarşı tərəflə təmasa keçməyə hazırlaşır.

21 yaşlı vinger mövsümün əvvəlində "Roma" ilə razılığa gəlsə də, "Bordo" "Barselona"dan daha sərfəli təklif aldığı üçün onun paytaxt klubuna keçidinin qarşısını almışdı.