"Qarabağ" şad xəbər alıb. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubunun zədəlisi oyunçusu Donald Gerye kollektiv məşqlərə başlayıb. "Zirə" ilə 1-ci turdan təxirə salınmış qarşılaşmada çiynindən xəsarət alan haitili futbolçu tam sağalıb. Onun 1 həftə sonra Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Vorskla" ilə oyunda iştirak edib-etməyəcəyi hələ bilinmir.