"Monako"nun yeni baş məşqçisi Tyerri Anri bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, fransız klubunun keçmiş üzvü ilk dəfə baş məşqçilik şansı yaratdığı üçün komanda rəhbərliyinə təşəkkür edib: "Monako"dan təklif alanda qəlbimin səsinə qulaq asdım. Yenidən evinmə qayıtmışam. Onu deyim ki, həyatda örnək aldığım şəxs Pep Qvardioladır. "Barselona"da necə oynamaq lazım olduğunu ondan öyrəndim. Pepdən ilham almışam".