"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo diskvalifikasiya olunub. FutbolPlanet.Az xəbər verir ki, Premyer Liqanın 8-ci turunda "Nyukasl"la matçda təhqiramiz ifadələr işlədən və əl jestləri kameralara düşən portuqaliyalı mütəxəssisə 1 oyun cəza verib. Bu isə o deməkdir ki, 55 yaşlı çalışdırıcı ayın 20-də səfərdə "Çelsi"yə qarşı keçiriləcək matçda texniki zonada yer almayacaq.