Asliye Cəza Məhkəməsi "Başakşehir"in yarımmüdafiəçisi Arda Turan və müğənni Berkayın qalmaqalı ilə bağlı prokurorluğun göndərdiyi ittihamnaməni qəbul edib. FutbolPlanet.Az xəbər verir ki, baş verənlərlə bağlı ilk məhkəmə 2019-cu ilin 30 yanvarında olacaq. İttiahnamədə Ardanın cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma, qanunsuz silah gəzdirmə, qəsdən yaralama ittihamı ilə 3 il 3 aydan 12 il yarıma qədər həbsi tələb olunub. Müğənni Berkayın isə təhqir ittihamı ilə 3 aydan 2 ilə kimi həbsi istənilib