"Arsenal"da çıxış edən Sokratis Papastatopulos zədələnib. FutbolPlanet.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi Yunanıstan millisinin heyətində UEFA Millətlər Liqasının 4-cü turunda Finlandiya ilə matçda ayağından xəsarət alıb. Tibbi müayinədən sonra təcrübəli futbolçunun durumu bilinəcək.