Hazırda Türkiyə millisinin baş məşqçisi olan Mirça Luçesku postundan qovulmaq üzrədir. FutbolPlanet.Az xəbər verir ki, Millətlər Liqasında uğursuzluğa düçar olan yığma rumın mütəxəssisi vəzifəsindən göndərməyi planlaşdırır. Böyük ehtimalla, qrup mərhələsinin oyunları yekunlaşdıqdan sonra 73 yaşlı çalışdırıcı ilə yollar ayrılacaq. İddialara görə, millinin yeni baş məşqçisi Şenol Güneş və ya Aykut Kocaman olacaq.