Çempionlar Liqasında ilk həftənin ən yaxşı futbolçusu bəllidir. FutbolPlanet.Az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə görə, "Barselona"nın argentinalı ulduzu Lionel Messi hamını qabaqlayıb. PSV ilə matçda (4:0) het-trik edən təcrübəli futbolçu Xames Milner ("Liverpul"), Nabil Fekir ("Lion") və Pol Poqbanı ("Mançester Yunayted") geridə qoyub.