Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində "Latsio" (İtaliya) - "Apollon" (Kipr) matçını idarə edib. FutbolPlanet.Az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:1. İstedadlı hakimimiz Romada baş tutan matçda "Latsio"dan 3, qonaqlardan isə 1 oyunçuya sarı vərəqə göstərib. Bununla yanaşı, referimiz 84-cü dəqiqədə "Latsio"nun lehinə penalti təyin edib və meydan sahibləri bundan maksimum yararlanıb. Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənovla Orxan Məmmədov, eləcə də dördüncü hakim Mübariz Haşımov köməklik göstəriblər.