"Mançester Siti"də çıxış edən Serxio Aquero klubla müqaviləni uzadıb. FutbolPlanet.Az xəbər verir ki, 2011-ci ildə "Atletiko"dan alınan argentinalı oyunçu ilə sözləşmə 2021-ci ilədək yenilənib. Beləliklə, 30 yaşlı futbolçu 2020/2021 mövsümünün sonunadək "şəhərlilər"in uğurları üçün çalışacaq.