Avropa Liqasının qrup mərhələsinin ilk turundan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, dünən keçirilən görüşlərdən sonra ölkəmizin mövqeyi dəyişməz qalıb. Hazırda aktivində 18.500 xalı olan Azərbaycan 26-cı yerdə qərarlaşıb. Bizdən bir pillə öndə olan İsrail isə 18.625 xala malikdir.