"Sportinq"in kapitanı Luiş Nani "Qarabağ"la oyundan sonra bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı oyunçu Ağdam klubunun yaxşı mübarizə apardığını deyib: "Çətin qələbə oldu. Çünki rəqibimiz yaxşı futbol oynadı. Komandanın 3 xal qazanmasında kömək olduğum üçün xoşbəxtəm. Biz doğru yoldayıq, belə davam etməliyik. Şüurumuzda belə formalaşıb ki, "Arsenal" qrupun favoritidir. Bu, həqiqətən də belədir. Onlar Çempionlar Liqası səviyyəsində olan komandadır. Amma bizim asan təslim olmaq fikrimiz yoxdur. "Arsenal"la oyunlarda 6 xalı hədəfləyirik. Bu oyunlarda hər şey baş verə bilər. Müasir futbolda favorit anlayışı qalmayıb".