"Qəbələ" Topaz Premyer Liqanın V turunun “Qarabağ”la səfər matçının hazırlıqlarını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, sentyabrın 16-da səfərdə “Sabah”la qarşılaşan (0:1) “qırmızı-qaralar” oyunun ertəsi gün bərpa məşqi keçib, ardınca buraxıldığı birgünlük istirahətdən geri dönüb. Bakıda bir araya gələn kollektiv hazırlıqlarını paytaxtda gerçəkləşdirir. Sənan Qurbanovun komandası “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçir. Bugünkü məşq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetirib. Zədəsini sağaldan Stiven Monroz da komanda ilə birlikdə çalışıb.

Xatırladaq ki, Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Qəbələ” oyunu sentyabrın 23-də “Azərsun Arena”da keçiriləcək. Matç saat 20:30-da başlayacaq.