17 yaşadək futbolçulardan ibarət millimizin ukraynalı həmyaşıdlarına 0:7 hesablı məğlubiyyəti barədə FutbolPlanet.Az saytının rəsmi Instagram səhifəsində xəbər paylaşılıb. Yazıda yığmamızın biabırçı hesabla uduzması xüsusi qeyd olunub. Lakin çox keçməmiş U-17-nin 2 üzvü Instagram hesablarından xəbərə sərt reaksiya veriblər. Əvvəlcə "Neftçi"dən U-17-ə dəvət alan Emil Məmmədli adlı futbolçu şərh bölməsinə təhqiredici sözlər yazıb. "Qarabağ"dan yığmaya cəlb olunan Fərid Xasıyev isə səhifəmizin mesaj bölməsinə yazaraq, bizdən həmin xəbərin silinməsini tələb edib.

 

0:7 hesablı yenilgidən utanmaq əvəzinə, sosial şəbəkələrdə təhqiredici sözlər yazan və mətbuatdan xəbərin silinməsini tələb edən futbolçular yaxşı olardı ki, rüsvayçı məğlubiyyətdən dərs çıxarsınlar.

 

AFFA-dan xahişimiz odur ki, bu məsələnin üzərinə ciddi düşsün və həmin oyunçularla bağlı ölçü götürsün. Məqsədimiz sözügedən futbolçuların karyeralarını məhv etmək yox, onların bu səhv hərəkətlərindən nəticə çıxarmalarına nail olmaqdır.

 

Sonda təhqirə yol verən və bizdən xəbərin silinməsini tələb edən futbolçuların reaksiyalarını sizlərə təqdim edirik: