"Milan"ın keçmiş rəhbəri Silvio Berluskoni İtaliyanın C Seriyasında mübarizə aparan "Montsa" klubunu alıb. FutbolPlanet.Az xəbər verir ki, komandanın prezidenti Nikola Kolombo klubun səhmlərinin 95 faizini Berluskoniyə satdıqlarını açıqlayıb. Klub başçısı komandasının bir neçə ilə yüksək liqaya vəsiqə qazanacağına inandığını da bildirib.