"Real"da forma geyinən İsko maraqlı fikirlər səsləndirib. FutbolPlanet.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi zarafatyana açıqlaması ilə diqqət çəkib. O, ispan nəhənginin sabiq üzvü Roberto Karlosla görüş zamanı artıq Çempionlar Liqasını yox, Kral Kubokunu qazanmaq istədiyini söyləyib: "Roberto, mən İspaniya Kral kubokunun qalibi olmaq istəyirəm. Çempionlar Liqasını çox qazanmışıq. İspaniya kralı dəyişib, ona görə də mütləq yenidən Kral kubokunu qazanmalıyam".