"Porto"da çıxış edən İker Kasilyas dünya futbolunun tarixinə düşüb. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli qapıçı Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Şalke" ilə matçda start heyətdə yer alıb. Bununla da ispan qolkiper ardıcıl 20-ci mövsüm ÇL-də iştirak edən ilk futbolçu adına yiyələnib. Qitənin 1 nömrəli klub turnirində 1999-cu ildə "Real"ın heyətində debüt edən Kasilyas bu illər ərzində 168 oyuna çıxıb ki, bu da ÇL-də yeni rekorddur.