"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə qarşı keçiriləcək matçda bir neçə oyunçunun iştirak etməyəcəyini deyib. FutbolPlanet.Az xəbər verir ki, o, Simeon Slavçevlə Dani Kintananın sabahkı qarşılaşmada yer almayacaqlarını bildirib: "Artıq Slavçev fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündür kollektiv məşq edir. Eyni zamanda, Rəşad Sadıqov da sabah meydanda olmayacaq. Dizindən zədə alıb, 4-5 gün dincəlməlidir".