"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sportinq"in qonağı olacaq. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubunun oyunöncəsi açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb. Sabah, saat 21:30-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq. Saat 22:00-da isə matçın baş tutacağı "Joze Alvalade" stadionunda komandamızın son məşqi keçiriləcək.