"Sassuolo" ilə oyunda dubl edərək, A Seriyasında ilk qollarını vuran "Yuventus"un aparıcı üzvü Kristiano Ronaldo açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı hücumçu yavaş-yavaş İtaliya futboluna uyğunlaşdığını deyib: "Bu forma ilə qol vurmağı çox istəyirdim və axır ki, buna nail oldum. Futbolda ən vacib olan komandanın qələbəsidir. Açığı, ilk 3 turda qol vurmadığım üçün gərgin idim, ancaq komanda yoldaşlarım mənə dəstək oldular. Artıq İtaliya futboluna adaptastiya oluram".