"Bavariya"nın aparıcı üzvü Frank Riberi son məşqi buraxıb. FutbolPlanet.Az xəbər verir ki, fransız yarımmüdafiəçi mədəsində yaranan problem ucbatından hazırlıqdan kənar qalıb. Təcrübəli futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah "Benfika"ya qarşı matçda oynayıb-oynamayacağı dəqiq bilinmir.