Həvəskar Futbolçular Liqasında mübarizə aparan FutbolPlanet.Az saytının komandası final matçını keçirib. Həlledici görüşdə "Şirvan" kollektivi ilə üz-üzə gələn təmsilçimiz ilk hissədən sonra 0:2 uduzsa da, ikinci yarının əvvəlində hesabı bərabərləşdirməyə müvəffəq olub. Bundan sonra komandamızın qol vurmaq üçün bir neçə şansı olsa da, bəxt rəqibin tərəfində olub. Belədə, çempionu müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Lotereyada 3:4 hesabı ilə məğlub olan FutbolPlanet.Az kollektivi 28 komandanın iştirak etdiyi liqada 2-ci yeri tutub. Komandamızı bu uğur münasibəti ilə təbrik edir, növbəti çempionatlarda uğurlar diləyirik.